Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkumluq həyatı yaşayan şəhər sakini Şahin Osmanov saxlanılıb.
Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilən zaman yardımçı tikilidə gizlətdiyi qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb
© APA | Şahin Osmanov, Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum
21 noyabr 2021 14:28 (UTC +04:00)
Hadisə
Bakıda oğul atasını küt alətlə döyüb
23:21
18 aprel 2024
Aksiz markası olmayan 1058 qutu siqaret aşkarlanıb - FOTO
18:50
18 aprel 2024
İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub
18:43
18 aprel 2024
Hacıqabulda qatar vuran 49 yaşlı qadın ölüb - YENİLƏNİB
18:29
18 aprel 2024