Zaqatalada fərdi yaşayış evində yanğın olub - YENİLƏNİB

Zaqatalada fərdi yaşayış evində yanğın olub

© APA | Zaqatalada fərdi yaşayış evində yanğın olub

# 18 sentyabr 2021 09:01 (UTC +04:00)

Zaqatala rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli (hər mərtəbəsi 100 m²) 4 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

07.01

Sentyabrın 17-dən 18-ə keçən gecə Zaqatala şəhərinin Vaqif küçəsində Yusif İbrahim oğlu Rəcəbova məxsus, ümumi sahəsi 200 kv/m olan ikimətəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin daş örtüyü və ikinci mərtəbədəki iki otağın yanar konsrtuksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin birinci mərtəbəsi yanğından mühafizə olunub.

Yanğın zamanı bir nəfər 1989-cu il təvəllüdlü Turac Telman oğlu Nağıyev tüstüdən zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada T. Nağıyevə lazımi tibbi yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR