Zaqatalada fərdi yaşayış evində yanğın olub

Zaqatalada fərdi yaşayış evində yanğın olub
# 16 noyabr 2021 08:14 (UTC +04:00)

Zaqatala rayonunun Mosul kəndində Eyyub Bayramova məxsus ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ümumi sahəsi 160 kv/m olan 4 otaqdan ibarət evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin ikinci mərtəbəsindəki 24 kv/m-lik bir otaq içərisində olan əşyalarla birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR