Zaqatalada ferma yanıb

Zaqatalada ferma yanıb
# 03 iyul 2021 06:47 (UTC +04:00)

Zaqatalada ferma yanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Muğanlı kənd inzbati ərazisində inşa edilmiş, rayon sakini Qurban Məhəmməd oğlu Məmmədova məxsus, ümumi sahəsi 300 kv/m olan fermada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları tam yanıb. Binanın içərisində olan bir baş xırdabuynuzlu heyvan təlaf olub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR