Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO
# 29 oktyabr 2021 15:36 (UTC +04:00)

Zaqatalada iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndi ərazisində baş verib. Zaqatala rayonu Yuxarı Tala kənd sakini Nemət Şaban oğlu Aydəmirovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Aşağı Tala kənd sakini Tərlan Yaşar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “VAZ 2106” markalı avtomobilin sürücüsü N. Aydəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza zamanı xəsarət alan N. Aydəmirov rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən Zaqatala Peşə Məktəbinin müəllimidir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR