Zaqatalada karantin qaydaları pozulan nişan mərasiminin təşkilatçısı cərimələnib

Zaqatalada karantin qaydaları pozulan nişan mərasimi aşkarlanıb

© APA | Zaqatalada karantin qaydaları pozulan nişan mərasimi aşkarlanıb

# 01 oktyabr 2021 12:26 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evdə təşkil edilən nişan mərasimində karantin qaydalarının pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, rayonun Danaçı kəndində İbrahim Diniyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən nişan mərasimində dəvət edilən qonaqlardan bir neçəsinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar ev sahibi İ.Diniyev inzibati məsuliyyətə cəlb edilib və o, 300 manat məbləğində cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR