Zaqatalada karantin qaydalarını pozan restoranların icarədarları cərimələnib

Zaqatalada karantin qaydalarını pozan restoran  icarədarları cərimələnib

© APA | Zaqatalada karantin qaydalarını pozan restoran  icarədarları cərimələnib

# 30 iyul 2021 09:48 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı bəzi restoranlarda təşkil edilən toy mərasimlərində karantin rejiminin tələblərinə riayət edilmədiyi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, aparılan yoxlamalar zamanı şəhər ərazisində fəaliyyət göstərən “Planet” və rayonun Muxax kəndində yerləşən “Ruslan” restoranında keçirilən toy mərasimləri barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Etibar Süleymanov (“Ruslan” restoranı) və Qəhrəman Kələşov (“Planet” restoranı ) barəsində protokollar tərtib olunaraq cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR