Zaqatalada mikroavtobusla motosiklet toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var - YENİLƏNİB-VİDEO

Zaqatalada mikroavtobusla motosiklet toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var - <span class="red_color">YENİLƏNİB-<span class="red_color">VİDEO

© APA | Zaqatalada mikroavtobusla motosikletin toqquşması nəticəsində bir nəfər ölüb

# 23 iyun 2021 18:38 (UTC +04:00)

Zaqatalada baş verən yol qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı aldığı ağır xəsarətlərdən ölən şəxs mikroavtobusda olan sərnişin, Zaqatalanın Qandax kənd sakini, 1966-cı il təvəllüdlü Zöhrə Mehralı qızı Cəbiyevadır.
Rayonun Muğanlı kənd sakini 1990-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılovun idarə
etdiyi mikroavtobus Zaqatala-Qandax- Kəpənəkçi avtomobil yolunda hərəkətdə olarkən Qandax kənd sakini Vasif Şamsun oğlu Əsgərovun idarə etdiyi qoşqulu motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü V. Əsgərov, onun oğlu, motosikletdə sərnişin qismində olan 23 yaşlı Adəm Əsgərov, mokroavtobusda olan  sərnişinlər - rayonun Qandax, Faldar və Muğanlı kənd sakinləri olan ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Mikroavtobusun sərnişinlərinin tütünçü olduqları bildirilir. Onlar Şəki rayonu ərazində əkilən tütün sahəsindən işlədikdən sonra evlərinə qayıdırmışlar.
Faktla bağlı araşdırma aparılır.

***

17.03

Zaqatalada mikroavtobusla motosiklet toqquşub, bir nəfər ölüb, xəsarət alanlar var.  

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qandax avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Qandax  marşutu ilə hərəkət edən mikroavtobus qoşqulu motosikletlə toqquşub. Qəza zamanı mikroavtobusda olan bir nəfər şərnişin aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Motosikletin sürücüsü, sərnişini və mikroavtobusda olan sərnişinlərdən xəsarət alanlar var.  Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR