Zaqatalada yolu keçmək istəyən 37 yaşlı kişini maşın vurub - VİDEO

Zaqatalada yolu keçmək istəyən 37 yaşlı kişini maşın vurub - VİDEO
# 03 dekabr 2021 08:10 (UTC +04:00)

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə ötən gün axşam saat 23 radələrində Yexlax- Zaqatala- Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhər ərazisindən keçən hissəsində baş verib.

1984-cü il təvəllüdlü Balakən rayonu Katex kənd sakini Famil Mohma oğlu Teneşov yolu keçmək istəyərkən hərəkətdə olan minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan F.Teneşov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR