Zərdabda toya normadan artıq qonaq çağıran şəxs məsuliyyətə cəlb olunub

Zərdabda toya normadan artıq qonaq çağıran şəxs məsuliyyətə cəlb olunub
# 04 dekabr 2021 11:48 (UTC +04:00)

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, yoxlamalar zamanı rayonun Qoruqbağı kəndində yerləşən fərdi yaşayış evlərinin birində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibi N.Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR