Abşeron sakinlərindən 2,5 kq narkotik vasitə götürülüb

Abşeron sakinlərindən 2,5 kq narkotik vasitə götürülüb
# 26 avqust 2020 12:05 (UTC +04:00)

Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saray qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar F. Hüseynov və M. Dadaşov saxlanılıblar. Şəxsi axtarış zamanı F. Hüseynovdan 1 kiloqram 230 qram, M. Dadaşovdan isə 1 kiloqram 210 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR