Abşeronda avtomobildən 4 min manatdan çox pul oğurlanıb

Abşeronda avtomobildən 4 min manatdan çox pul oğurlanıb
# 29 iyun 2020 12:42 (UTC +04:00)

Abşeronda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisində “Hyundai” markalı avtomobildən 4050 manat oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri S.Nuruşov, əvvəllər məhkum olunmuşlar - R.Quliyev və A.Dərvişov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR