Abşeronda evlərdən 35 min manatlıq oğurluq edən şəxslər tutulub

Abşeronda evlərdən 35 min manatlıq oğurluq edən şəxslər tutulub
# 12 avqust 2020 13:30 (UTC +04:00)

Abşeronda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5600 dollar, 100 avro pul, 24000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR