Abşeronda iki azyaşlı qardaşı avtomobil vurub, onlardan biri ölüb

 Abşeronda iki azyaşlı qardaşı avtomobil vurub, onlardan biri ölüb
# 21 avqust 2020 12:29 (UTC +04:00)

Abşeron rayonunda avtomobil 2 azyaşlını vurub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, avqustun 20-də saat 13 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri, 9 yaşlı Rüstəm Həsənovu və 7 yaşlı qardaşı Muradı vurub.

Uşaqlar xəsarətlə xəstəxanaya yerləşdirilib, hadisə zamanı ağır xəsarət alan Rüstəm orada ölüb.

Hazırda Abşeron RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR