Abşeronda istirahət mərkəzinin ərazisində yanğın olub

Abşeronda istirahət mərkəzinin ərazisində yanğın olub
# 10 iyul 2020 09:30 (UTC +04:00)

Abşeron rayonunda istirahət mərkəzinin ərazisində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR