Abşeronda kafedə adam öldürən şəxsin məhkəməsi başlayır

Abşeronda kafedə adam öldürən şəxsin məhkəməsi başlayır
# 16 iyul 2020 09:59 (UTC +04:00)

Abşeronda qətl törətməkdə təqsirləndirilən Orxan Gərayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün hakim Telman Hüseynovun icraata verilib.

Qeyd dək ki, hadisə ötən ilin noyabr ayında Pirəkəşkül qəsəbəsində baş verib.

Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, yerləşən “Avropa” kafesində şəxsi münasibətlər zəminində mübahisə düşüb.

1984-cü il təvəllüdlü Gərayev Orxan Əmirxan oğlu üzərində olan “Makarov” tipli tapança ilə 1991-ci il təvəllüdlü paytaxt sakini Xəlilov Kamran Əli oğluna xəsarət yetirib.

Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

O.Gərayevə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR