Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 13 avqust 2020 22:24 (UTC +04:00)

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, 1964-cü il təvəllüdlü Ələkbərova Tərlan Qənbər qızını avtomobil vurub. 

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Piyadanı vuran avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb. 

Hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR