Abşeronda yol qəzası baş verib, xəsarət alan var - FOTO

Abşeronda yol qəzası baş verib, xəsarət alan var - FOTO
# 11 sentyabr 2020 02:34 (UTC +04:00)

Novxanı-Binəqədi şossesində iki eyni markalı avtomobil toqquşub.

APA xəbər verir ki, qəzaya səbəb sürücünün əks yola çıxması olub.

Belə ki, “Mercedes” markalı avtomobil əks yola çıxarkən eyni markalı avtomobil ona çırpılıb.

Nəticədə qaydanı pozan avtomobildə olan bir sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR