Abşeronda yük avtomobili velosipedçini vuraraq öldürüb

Abşeronda yük avtomobili velosipedçini vuraraq öldürüb
# 31 may 2020 11:30 (UTC +04:00)

Abşeronda yük avtomobili velosipedçini vuraraq öldürüb.

APA-nın məlumatına görə, hadisə rayonun Mexkalon qəsəbəsində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1980-cı il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes Benz 1317L” markalı yük avtomobili ilə velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. Velosipedçi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR