Abşeronda yük maşını minik avtomobili ilə toqquşub - FOTO

Abşeronda yük maşını minik avtomobili ilə toqquşub - FOTO
# 13 avqust 2020 17:51 (UTC +04:00)

Abşeronda yük maşını minik avtomobili ilə toqquşub.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Novxanı kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avtomobilin ön hissəsi deformasiya uğrayıb, sürücü ağır xəsarət alıb. O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR