Ağcabədi sakinindən narkotik vasitələr və odlu silah götürülüb

Ağcabədi sakinindən narkotik vasitələr və odlu silah götürülüb
# 05 oktyabr 2020 12:55 (UTC +04:00)

Ağcabədi rayon sakini Bakıda narkotik vasitə və odlu silahla saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini İ.Məhərrəmov Qaradağ rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın marixuana aşkar edilib.

Onun idarə etdiyi “Mercedes” markalı avtomobildən isə əlavə olaraq 46 qramdan artıq marixuana, 3 qrama yaxın heroin, həmçinin lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng, 2 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR