Ağcabədi sakinindən silah və 15 kq narkotik götürülüb

Ağcabədi sakinindən silah və 15 kq narkotik götürülüb
# 11 iyul 2020 16:35 (UTC +04:00)

Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aran kənd sakini, əvvəllər məhkum olunmuş A.Cabbarovdan 2,40 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, A.Cabbarovun evinə baxış zamanı 1 ədəd qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng, habelə həyətyanı sahəsində isə 15 kiloqram marixuana aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR