Ağcabədidə intihara cəhdin qarşısı alınıb

Ağcabədidə intihara cəhdin qarşısı alınıb
# 15 noyabr 2020 05:34 (UTC +04:00)

Ağcabədidə intihara cəhdin qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alınıb.

APA FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR