Ağdam sakinini ilan sancıb

Ağdam sakinini ilan sancıb
# 03 iyun 2020 11:36 (UTC +04:00)

Ağdamda 39 yaşlı kişini ilan sancıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, rayonun Aşağı Yüzbaşılı kənd sakini Osman Nəzərovu sahədə ilan sancıb. O. Nəzərov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, O. Nəzərova ilan zəhəri əleyhinə zərdab vurulub, həkim nəzarəti altında müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR