Ağdamda minik maşını ilə toqquşan mikroavtobusda yanğın olub

Ağdamda minik maşını ilə toqquşan mikroavtobusda yanğın olub
# 03 noyabr 2020 05:52 (UTC +04:00)

Ağdam rayonunun Eyvazlı kəndində baş vermiş yol qəzası zamanı yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı “VAZ” markalı minik avtomobili və "QAZel" markalı mikroavtobus toqquşub. Nəticədə "QAZel" markalı mikroavtobusun yanacaq çəni yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR