Ağdamda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Ağdamda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 10 noyabr 2020 12:02 (UTC +04:00)

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat haddisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Xındırıstan kəndi ərazisində kənd sakini N.İsmayılovun idarə etdiyi “QAZ-3129” və Bənövşələr qəsəbə sakini Nurəddin Bayramovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində N.Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan 3 sərnişin isə xəstəxanaya yerləşdirilib..

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR