Ağdaşda sirkə turşusundan zəhərlənərək ölən şəxsin kimliyi bəlli olub - YENİLƏNİB

Ağdaşda sirkə turşusundan zəhərlənərək ölən şəxsin kimliyi bəlli olub - YENİLƏNİB
# 07 fevral 2021 09:39 (UTC +04:00)

Ağdaşda sirkə turşusundan zəhərlənib xəstəxanada dünyasını dəyişən qızın kimliyi bəlli olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır.

Saat 01:57

Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Kimliyi hələ ki tam dəqiqləşdirilməyən və təxminən 20-22 yaşlarında olan qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR