Ağdaşda "NİVA" aşıb, sürücü ölüb

Ağdaşda "NİVA" aşıb, sürücü ölüb
# 06 iyun 2020 21:06 (UTC +04:00)

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ağdaş-Ərəb yolunda qeydə alınıb.

Kükəl kənd sakini, 1987-ci il təvəllüdlü Hacı Qədirov "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. H.Qədirov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR