Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Ağdaşda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
# 15 sentyabr 2020 15:09 (UTC +04:00)

Ağdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, "VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Tovuz rayon sakinləri, 1963-cü il təvəllüdlü Mürsəlov Aydın Mürsəl oğlu, 1976-cı il təvəllüdlü Ələkbərov Emin Ramazan oğlu, 1959-cu il təvəllüdlü Gülməmmədova Ayşən İlham qızı, 1991-ci il təvəllüdlü Kərimov Rafiq Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Ağdaş və Göyçay rayon Mərkəzi Xəstəxanalarına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR