Ağdaşda yük avtomobili piyadanı vuraraq öldürüb

Ağdaşda yük avtomobili piyadanı vuraraq öldürüb
# 28 avqust 2020 11:44 (UTC +04:00)

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən APA-ya verilən məlumata görə, avqustun 27-də saat 19 radələrində Ağdaş rayonunun Əmrah kəndi ərazisində X.Bayramov idarə etdiyi “İveco” markalı yük avtomobili ilə yolun kənarında dayanmış Bərdə rayon sakini Akif Aslanovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR