Ağstafada 2 maşın toqquşub, qadın və nəvəsi yaralanıb - FOTO

Ağstafada 2 maşın toqquşub, qadın və nəvəsi yaralanıb - FOTO
# 21 avqust 2020 21:26 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağkəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı 2 nəfər – 1965-ci il təvəllüdlü Nəsibova Firuzə Oruc qızı və 2017-ci il təvəllüdlü Nəsibova Ayşə Namiq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A,Nəsibova F.Nəsibovanın nəvəsidir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR