Ağstafada 31 yaşlı kişi bıçaqlanıb

Ağstafada 31 yaşlı kişi bıçaqlanıb
# 01 sentyabr 2020 11:23 (UTC +04:00)

Ağstafada bıçaqlanma hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsindəki "Yaşıl məkan" kafesinin qarşısında rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Nəsibov tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun ürək nayihəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. 

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köçəsgər kənd sakini, 1979-cu il təvəllüdlü Qalib Fərəcov saxlanılıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR