Ağsuda hazırda fəaliyyət göstərməyən tibb məntəqəsi yanıb

Ağsuda hazırda fəaliyyət göstərməyən tibb məntəqəsi yanıb
# 15 iyul 2020 05:12 (UTC +04:00)

Ağsu rayonunun Cəlayir kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli hazırda fəaliyyət göstərməyən tibb məntəqəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR