Arvadını və qayınanasını öldürərək meyitlərini yandıran şəxsin məhkəməsi başlayır

Arvadını və qayınanasını öldürərək meyitlərini yandıran şəxsin məhkəməsi başlayır
# 21 iyul 2020 19:23 (UTC +04:00)

Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il oktyabrında Binəqədi rayonu Aydınbəyov küçəsi 22 ünvanında baş verib. 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb. Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb. Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb. Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR