Astarada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Astarada yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
# 27 oktyabr 2020 22:53 (UTC +04:00)

Astara rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kv/m olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR