Avtobusda yeniyetmənin telefonunu oğurlayan keçmiş məhkum saxlanılıb

Avtobusda yeniyetmənin telefonunu oğurlayan keçmiş məhkum saxlanılıb
# 04 iyun 2020 09:19 (UTC +04:00)

Bakıda xətt avtobusunda 15 yaşlı şəxsin telefonunu oğurlanıb.

APA-nın məlumatına görə, iyunun 3-də saat 18 radələrində Moskva prospektində 199 saylı xətt avtobusunda naməlum şəxs Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü A. Bayramlının çantasından 300 manat mobil telefonu soyğunçuluq yolu ilə talayıb.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi, rayon Mühafizə Bölməsinin, Səbail rayon Mühahizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Vüqar Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR