Avtomobilinin yük yerində 3 nəfəri Bakıya gətirməyə cəhd edən sürücü cəzalandırılıb - VİDEO

Avtomobilinin yük yerində 3 nəfəri Bakıya gətirməyə cəhd edən sürücü cəzalandırılıb - VİDEO
# 25 avqust 2020 10:34 (UTC +04:00)

24.08.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi “Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

DYP-dən APA-ya bildirilib ki, yoxlama zamanı avtomobilin yük yerində daşınan sərnişinlərin müvafiq icazələri olmadan karantin rejimini pozmağa cəhd etdiklərinə, eləcə də sürücünün xüsusi karantin rejimi ilə yanaşı sərnişin daşıma qaydalarını da pozduğuna görə hər birinin barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəmə orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR