"Azenco"nun direktoru yol qəzasında ölüb - FOTO - VİDEO - YENİLƏNİB

"Azenco"nun direktoru yol qəzasında ölüb - FOTO - VİDEO - YENİLƏNİB
# 28 iyul 2020 10:33 (UTC +04:00)

Xəbərə foto və video əlavə olunub

***

27 iyul saat 18:57

Abşeron rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovun idarə etdiyi “NİSSAN” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Sıxılmış vəziyyətdə qalan sürücünün meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenco" ASC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR