BŞBPİ qadının polisə tabesizlik göstərməsinə dair görüntülərə aydınlıq gətirib - VİDEO

BŞBPİ  qadının polisə tabesizlik göstərməsinə dair görüntülərə aydınlıq gətirib - VİDEO
# 06 iyul 2020 17:54 (UTC +04:00)

Sosial şəbəkələrdə polis əməkdaşlarına bir qadının tabesizlik göstərməsi əks olunan görünütülər polis tərəfindən araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, həmin fakt 1 ay əvvəl – iyunun 7-də şənbə-bazar günlərində sərtləşdirilmiş karantin günündə Xətai rayonunda qanunsuz fəaliyyət göstərən mağazanın icarədarı bölməyə dəvət olunarkən baş verib. B.M-nın bölməyə aparılaraq epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR