Bakı-Şamaxı yolunda qəzada ölən və xəsarət alanların adları bilinib - YENİLƏNİB - VİDEO

Bakı-Şamaxı yolunda qəzada ölən və xəsarət alanların adları bilinib - YENİLƏNİB - VİDEO
# 20 avqust 2020 15:41 (UTC +04:00)

Şamaxıda ağır yol qəzası zamanı ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Qobustan sakini Qüdrət Şahverdiyev idarə etdiyi 90-BD-843 dövlət nömrə nişanlı "KİA Rio" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən qarşı tərəfdə, eyni istiqamətdə hərəkət edən 37-AC-065 dövlət nömrə nişanlı yanacaq daşıyan "KamAZ" markalı yük avtomobilinə arxa tərəfdən çırpılıb.

Hadisə zamanı sürücü Q. Şahverdiyev və sərnişinlər, 1978-ci il təvəllüdlü Şahverdiyeva Sevda Oqtay qızı və 2011-ci il təvəllüdlü Məmmədov Fateh Nəsimi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Diaqnostika Mərkəzinə və rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 2000-ci il təvəllüdlü Məmmədova Aytac Nəsimi qızı isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 14:24

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14.00 radələrində Şamaxının Acıdərə adlanan ərazisində baş verib. “Hyundai” markalı minik avtomobili eyni istiqamətdə hərəkət edən yanacaq daşıyan yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan qadın dünyasını dəyişib, 2 uşaq isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR