Bakı-Sumqayıt şossesində piyadanı avtomobil vurub - FOTO

Bakı-Sumqayıt şossesində piyadanı avtomobil vurub - <span class=FOTO'>
# 30 avqust 2020 00:01 (UTC +04:00)

Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub. 

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 

Hazırda hadisəni törədən sürücünün axtarışları davam etdirilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR