Bakı sakini qonşusu tərəfindən bıçaqlanıb

Bakı sakini qonşusu tərəfindən bıçaqlanıb
# 22 avqust 2020 02:46 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Kamran Natiq oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O cərrahi əməliyyat olunub.

Fakt Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR