Bakı sakinindən tapança götürülüb

Bakı sakinindən tapança götürülüb
# 04 sentyabr 2020 12:12 (UTC +04:00)

Paytaxt sakinindən tapança və patron götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Cahangirovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR