Bakıda 19 yaşlı oğlan bıçaqlanıb

Bakıda 19 yaşlı oğlan bıçaqlanıb
# 02 iyun 2020 09:46 (UTC +04:00)

Bakıda 19 yaşlı oğlan bıçaqlanıb.

APA-nın məlumatına görə, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 2001-ci il təvəllüdlü E. Şəfiyevə bıçaqla xəsarət yetirməklə onun sağlamlığına ağır zərər vurub.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR