Bakıda 20-dən artıq avtobusun intervalında gecikmələr yaranıb - FOTO

Bakıda 20-dən artıq avtobusun intervalında gecikmələr yaranıb - FOTO
# 24 avqust 2020 14:32 (UTC +04:00)

Hazırda Qara Qarayev prospekti - "Dakar" dairəsi istiqamətində və dairə ətrafında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən 20-dən artıq müntəzəm və ekspres xətlər üzrə avtobusun intervalında gecikmələr yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR