Bakıda 4 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Bakıda 4 min manatlıq oğurluq edən şəxs saxlanılıb
# 01 iyun 2020 11:26 (UTC +04:00)

Bakıda oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən 1400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları, 3 mağazadan isə 120 manat pul, 2200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR