Bakıda, Abşeronda ev, Qubada isə anbar yanıb

Bakıda, Abşeronda ev, Qubada isə anbar yanıb
# 25 aprel 2021 03:22 (UTC +04:00)

Bakının Suraxanı rayonunda ümumi sahəsi 16 m² olan birmərtəbəli evin döşəməsi və tavanı 10 m² sahədə, içərisində 1 ədəd çarpayı yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilənməlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində də fərdi yaşayış evində yanğın olub. Ümumi sahəsi 18 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Quba rayonunun Vəlvələ kəndində baş verib. Ümumi sahəsi 800 m² olan fəaliyyət göstərməyən soyuducu anbarın sendvic paneldən ibarət üzlüyü və içərisində kabellər 240 m² sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR