Bakıda Gürcüstan vətəndaşına qarşı dələduzluq edilib.
APA-nın məlumatına görə, Bakı şəhər sakini Yasin Muxtarov Gürcüstan vətəndaşı Kevişvili Vasil Uqanoviçdən borc adı ilə 10 min dollar pul alıb.
Lakin Y. Muxtarov borcunu qaytarmayaraq Gürcüstan vətəndaşını aldadıb.
Gürcüstan vətəndaşının şikayət əsasında polis tərəfindən araşdırmalara başlanıb.