Bakıda, İmişlidə ev, Zaqatalada isə avtomobil yanıb

Bakıda, İmişlidə ev, Zaqatalada isə avtomobil yanıb
# 08 dekabr 2020 04:10 (UTC +04:00)

Bakının Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

İmişli rayonunun Çaxırlı kəndində isə ümumi sahəsi 117 m² olan birmərtəbəli tikilinin 1 otağında əşyalar 36 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub.

Zaqatala rayonunun İkinci Tala kəndində "Mitsubishi" markalı minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR