Bakıda İraq səfirliyinin avtomobili yanıb

Bakıda İraq səfirliyinin avtomobili yanıb
# 09 dekabr 2019 10:29 (UTC +04:00)

Bakıda İraq səfirliyinə məxsus avtomobil yanıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.

İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Miraninin idarə etdiyi, İraq səfirliyinə məxsus "Volkswagen-Passat" markalı, 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR